Qalereya

Forum



Şahmat proqramları və dərsləri



Xəbərlər

14-16-18 yaşadək yeniyetmələr arasında Azərbaycan çempionatı

      Bu gün  Respublika Şahmat Mərkəzində  14-16-18 yaşlı yeniyetmələr arasında Azərbaycan çempionatı start götürür.Yarış FİDE qaydalarına əsasən keçirilir və  bütün yaş qruplarında oyunlar dairəvi sistem üzrə keçiriləcəkdir.Hər yaş qrupunda 12 şahmatçı mübarizə aparacaq,yalnız 18 yaşadək yeniyetmələrin çempionatında 9 zəka sahibi (5 oğlan və 4 qız) yarışacaq.

    Çempionatda  bütün yaş qrupları üzrə I yeri tutan şahmatçılar Dünya Çempionatına, II yerin sahibləri isə Avropa Çempionatına vəsiqə əldə edəcəklər. Eyni zamanda qaliblər Respublika Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaqlar.

 



Geriyə