Qalereya

Forum



Şahmat proqramları və dərsləri



Xəbərlər

Vasif Durarbəyli kişilərin çempionatında vahid liderdir

Qadın və kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatı davam edir.   3-cü  tur liderlərin inamlı oyunu ilə yadda qalıb.

Kişi şahmatçıların mübarizəsində artıq vahid lider müəyyənləşib. Hər 3 görüşü qələbə ilə bitirən Vasif Durarbəyli bütün rəqiblərindən öndədi. Orxan Abdulov, Nicat Abasov, Vüqar Rəsulov, Bəhruz Rzayev, Eltac Səfərli və Azər Mirzəyev  liderdən yarım xal az toplayaraq 2.5 xalla 2-7-ci yerləri bölüşdürürlər.

Qadınların yarışında isə  Ülviyyə Fətəliyeva, Nərmin Kazımova, Nərmin Xələfova və Günay Məmmədzadə  hərəyə 2.5 xal toplayaraq  çempionata liderlik  edirlər.

 



Geriyə