Rusiyanın paytaxtı Moskva şəhərində "V beynəlxalq Vladimir Dvorkoviç kuboku"nda sona 1 tur qalmış Azərbaycan komandası aktivindəki 12 xalla turnir cədvəlində 4-5 - ci pillələri bölüşdürür. Belə ki, komandamız Ukrayna ilə keçirdiyi ilk görüşdə 0.5-3.5 hesabı ilə məğlub olsalar da cavab qarşılaşmasını sülhlə başa vura biliblər - 2-2. Turnir cədvəlinn lideri Çinlə ilk matçda da 0.5-3.5 hesablı məğlubiyyət və cavab oyununda isə heç-heçə qeydə alınıb - 2-2. Dünən keçirilən qarşılaşmada isə komandamız turnirin həsr olunduğu və "Vladimir Dvorkoviç" adı daşıyan komanda ilə üzə üzə gəldi. İlk oyun təmsilçilərimizin 1-3 hesablı məğlubiyyəti ilə başa çatıb. Lakin cavab görüşünün yenidən 2-2 hesabı ilə bitməsi komandamızın ev sahibləri Rusiya komandası ilə eyni xala shaib olmasına gətirib çıxardı - hərəyə 12 xal. Bu gün Azərbaycan sonuncu görüşünü 8 xala malik Belarus təmsilçisi ilə keçirib. İlk qarşılaşmada həmyerlilərimiz 1.5-2.5 hesabı ilə məğlub olublar. Cavab qarşılaşması ilə tərəflərin sülhü ilə nəticələnib - 2:2. Beləliklə komandamız yekunda 13 xalla turnir cədvəlini 5-ci pillədə bitirib. Turnirin qalibi isə 27 xalla ÇİN təmsilçisi olub.
Qeyd edək ki, Tunirin reqlamentinə əsasən hər gün 2 oyun keçirilirdi. Belə ki, eyni gündə eyni rəqiblər müxtəlif rənglərdə qarşılaşırlar. Turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq hakim Faiq Həsənov idi.





