Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə təsdiq etdikləri illik əsasnaməyə uyğun olaraq Zaqatalada16 yaşadək məktəblilərin ümümrespublika Şahmat Olimpiadası iyulun 12-dən 22-ə qədər olan tarixdə keçiriləcək. Sabah start götürəcək olimpiadada 308 şahmatçı qeydiyyatdan keçmişdir. Olimpiadanın açılış mərasimi iyulun 13-ü saat 11.00-da baş tutacaq. Ardından isə saat 12.00-da ilk tura start veriləcək. Digər günlərdə isə turlar saat 10.00-da başlayacaq.
Olimpiadada iştirak edəcək şahmatçıların siyahısı üçün zəhmət olmasa tıklayın.
Əlavə və dəyişikliklər üçün
azerbaijanchess@yahoo.com, bay@mail.ru , info@chess.az mail
adreslərinə müraciət edin.
Olimpiadanın təsdiq edilmiş əsasnaməsini əldə etmək üçün zəhmət olmasa tıklayın.





