Qalereya

Forum



Top 5 - Reytinq
1. Şəhriyar Məmmədyarov 2761
2. Teymur Rəcəbov
2748
3. Vüqar Həşimov 
2719
4. Rauf Məmmədov 2660
5. Qədir Hüseynov   
2611

Şahmat proqramları və dərsləri



Xəbərlər

Bir məğlubiyyət və bir qələbə   Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində "V beynəlxalq Vladimir Dvorkoviç kuboku"nda 3- cü turun görüşləri keçirilib. Dünən komandamız Polşa təmsilçisi ilə qarşılaşmada ilk oyunda 2.5-1.5, cavab görüşündə isə 3-1 hesablı qələbə qazanıblar. Bu gün isə Nicat Abasov, Ülvi Bacarani, Misrəddin İsgəndərov və Səbinə Ibrahimovadan ibarət komandamız Ermənistanla üz-üzə gəlirdi. Ilk qarşılaşmada komandamız 1-3 hesabı ilə məğlub oldu. Yeganə qələbəni isə komandamızın tərkibində Nicat Abasov əldə edib. Cavab qarşılaşmasında isə ilk başa çatsan görüşdə Ülvi Bacarani rəqibi ilə sülh bağladı. Az sonra Misrəddin İsgəndərov da eyni nəticəni təkrarladı. Gəncə şahmat məktəbinin yetirməsi Səbinə İbrahimova rəqibinə heç bir şans vermədi və 28-ci gedişdə qələbə qazandı. Nicat Abasovun da heç-heçəsi fonunda komandamız Ermənistan üzərində 2.5-1.5 hesabı ilə qələbə qazandı. Ümumilikdə aktivinə 9 xal yazan komandamız Ermənistan təmsilçisi ilə bərabər Çindən sonra turnir cədvəlində 2-3 - cü pillələri bölüşdürürlər.
Tunirin reqlamentinə əsasən hər gün 2 oyun keçirilir. Belə ki, eyni gündə eyni rəqiblər müxtəlif rənglərdə qarşılaşırlar.
Qeyd edək ki, turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq hakim Faiq Həsənovdur.


Geriyə