Dvorkoviç turnirinə uğurlu başlanğıc
Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində "V beynəlxalq Vladimir Dvorkoviç kuboku" start götürüb. Əsasən gənclərdən ibarət olan komandalar ümumilikdə 8 ölkəni təmsil edirlər. Ölkəmizlə yanaşı ev sahibləri Rusiyanın 2 komandası, Çin, Polşa, Ermənistan, Ukrayna və Belarusiya şahmatçıları mübarizəyə qoşulublar. Azərbaycan komandası Nicat Abasov, Ülvi Bacarani, Misrəddin İsgəndərov və Səbinə Quliyevadan ibarətdir. Tunirin reqlamentinə əsasən hər gün 2 oyun keçirilir. Belə ki, eyni gündə eyni rəqiblər müxtəlif rənglərdə qarşılaşırlar. İlk turda komandamız turnirin reytinq favoriti Rusiya ilə üz üzə gəliblər. İlk oyunda tərəflər görüşü sülhlə yekunlaşdırıblar - 2:2. Lakin cavab qarşılaşmasında komandamız 2.5-1.5 hesabı ilə qələbə qazanıb. Rəqibimiz sabah Polşa olacaq.
Qeyd edək ki, turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq hakim Faiq Həsənovdur.
Geriyə