Xorvatiyanın Riyeka şəhərində XI Şəxsi Avropa Çempionatı start götürüb. Ümumilikdə 15 şahmatçı ilə təmsil olunan ölkəmizi kişilərdən Rauf Məmmədov, Nicat Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Namiq Quliyev, Vasif Durarbəyli, Vüqar Rəsulov, Ülvi Bacarani təmsil edir. Qadınlardan isə Gülnar Məmmədov, Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova, Xəyalə İsgəndərova, Xəyalə Abdulla, Nərmin Kazımova, Nərgiz Umudova, Xəyalə Abdulla mübarizə aparır. Mükafatdan əlavə 2011-ci ildə keçiriləcək Dünya kubokuna vəsiqə əldə etmək şansını verən çempionatda ümumilikdə 408 kişi və 158 qadın şahmatçı mübarizə aparır. İsveçrə sistemi ilə keçirilən Çempionat 11 turdan ibarətdir və mart ayının 19-u başa çatacaq. Turnir barədə rəsmi məlumat almaq üçün rəsmi səhifəni ziyarət edə bilərsiniz.
http://www.eurorijeka2010.com/home
3 turdan sonra şahmatçılarımızdan ən çox xal toplayan Rauf Məmmədovdur. Millimizin üzvünün aktivində 2.5 xal var. Digər şahmatçılarımızdan Eltac Səfərli və Vasif Durarbəyli də 2 xal toplayıblar. Qadın təmsilçilərimizdən isə sonuncu ölkə çempionu Gülnar Məmmədova və Türkan Məmmədyarova da 2 xalla turnir cədvəlində qərarlaşıblar.





