Qalereya

Forum



Top 5 - Reytinq
1. Şəhriyar Məmmədyarov 2761
2. Teymur Rəcəbov
2748
3. Vüqar Həşimov 
2719
4. Rauf Məmmədov 2660
5. Qədir Hüseynov   
2611

Şahmat proqramları və dərsləri



Xəbərlər

Vüqar Həşimov Linaresdə ilk qələbəsini qazandı İspaniyanın Linares şəhərində keçirilən XXI kateqoriyalı Linares superturnirindəki təmsilçimiz Vüqar Həşimov dünən ilk qələbəsini qazanıb. Qara fiqurlarla mübarizə aparan Həşimov hesabat turunda ispaniyalı Valeho Fransiskonu məğlub edib. Digər oyunlarda isə Vesselin Topalov Aleksandr Qrişuk üzərində qələbə qazanması fonunda Levon Aronyan və Boris Qelfand görüşü sülhlə nəticələnib. Bunula da Linares superturnirinin ilk dövrəsi başa çatıb. İlk dövrədən sonra turnir cədvəlindəki vəziyyət
Veselin Topalov - 3.5, Vüqar Həşimov, Aleksandr Qrişuk, Levon Aronyan - 2.5, Fransisko Valeho, Boris Gelfand - 2.

Bu gün 6-cı turun yəni ikinci dövrənin ilk görüşləri keçiriləcək. Hələ ki, yeganə lider Veselin Topalov Valeho Fransisko ilə qarşılaşacaq. Aleksand Qrişukun rəqibi Levon Aronyan, milli komandamızın hazırkı lideri Vüqar Həşimov isə Boris Qelfandla münasibətlərinə aydınlıq gətirməyə çalışacaqlar.


Ümumilikdə 6 qrossmeysterin mübarizə apardığı turnir Fevralın 25-ə qədər davam edəcək. Fevralın 22-si qrossmeysterlərə istirahət veriləcək. Qeyd edək ki, hər il olduğu kimi bu dəfə də nüfuzlu Linares superturnirini hakimlər komitəsində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq hakim Faiq Həsənov da var.

Turnir barədə daha ətraflı məlumat əldə etmək üçün rəsmi səhifəsini ziyarət edin...



Geriyə