Qalereya

Forum



Top 5 - Reytinq
1. Şəhriyar Məmmədyarov 2761
2. Teymur Rəcəbov
2748
3. Vüqar Həşimov 
2719
4. Rauf Məmmədov 2660
5. Qədir Hüseynov   
2611

Şahmat proqramları və dərsləri



Xəbərlər

Qaliblər mükafatlandıldı

Bu gün Azərbaycan Şahmat Federasiyasının mənzil-qərargahında kişilər arasında Azərbaycan çempionatlarının qaliblərinin mükafatlandırılma mərasimi olmuşdur. Mərasimi açıq elan edən federasiyanın vitse-prezidenti Faiq Həsənov ardından turnirin baş katibi, beynəlxalq hakim Nurəli Məmmədzadəyə söz verdi. Öz növbəsində çempionat barədə məlumat verən Məmmədzadə şahmatçıların topladıqları xallara görə yerlərini elan etdi və ardından çempionatın reqlamentinə əsasən mükafatlandırılma başladı.

Qeyd edək ki, Azərbaycan Çempionatında ilk yeri Eltac Səfərli, ikinci yeri Nicat Məmmədov, üçüncü pilləni isə Vasif Durarbəyli tutub.

Bundan əlavə beynəlxalq dərəcəli titullar alan şahmatçılar da mükafatlandırıldı.

Mərasimdən olan fotoları böyütmək üçün zəhmət olmasa üzərinə klik edin.

 

                 

 



Geriyə