Virtual blitz çempionatının ilkin mərhələsi başa çatıb
FİDE World Blitz Championship 2010 Internet Tournament adlı yarış Playchess oyun portalı üzərindən yanvarın 19-dan bəri davam edir, artıq bütün seçmə mərhələlər arxada qalıb. 6 seçmə mərhələdə Dünyanın müxtəlif yerlərindən cəmi 2000-dən artıq şahmatçı iştirak edib. Yarış 3 dəqiqə və hər gedişə 2 saniyə əlavə olunmaq reqlamenti ilə keçib. Qeyd edək ki, bizim idmançılar da seçmələrdə özlərini sınayıblar. Dünənki, sonuncu seçmədə iki idmançımız beynəlxalq qrossmeyster Gədir Hüseynov (GGuseinov) və beynəlxalq usta Rəhim Qasımov (GrandTurk) ugurla çıxış ediblər. Rəhim 17 oyundan 13 xal ilə 3-4 cü yerləri (əmsala görə 4-cü), Gədir isə 12,5 xal ilə 5-11 yerləri (əmsala görə 5-ci) tutmuşdular.
Geriyə





