Qalereya

Forum



Top 5 - Reytinq
1. Şəhriyar Məmmədyarov 2761
2. Teymur Rəcəbov
2748
3. Vüqar Həşimov 
2719
4. Rauf Məmmədov 2660
5. Qədir Hüseynov   
2611

Şahmat proqramları və dərsləri



Xəbərlər

Eltac Səfərli ölkə çempionudu.. (YENİLƏNDİ)    

       Bu gün kişilər arasında növbəti Azərbaycan çempionunun adı məlum olacaq. Sonuncu tura 3 liderlə başlayan şahmatçılarımızdan artıq 3 oyun yekunlaşıb. Çempionluğa namizədlərdən Eltac Səfərli Ülvi Bacaraniyə, Nicat Məmmədov isə Ayaz Məmmədova qalib gəlib. Vasif Durarbəyli isə Vüqar Rəsulovla sülh bağlaması onun çempionatı üçüncü yerde yekunlaşdırmasına səbəb oldu. Eltac Səfərli Nicat Məmmədovla eyni xal hesablasa da əlavə göstəricilərə görə növbəti dəfə Azərbaycan Çempionu adına yiyələndi.

Cütlükləri və nəticələri Sizə təqdim edirik

 

Eltac Səfərli 1-0 Ülvi Bacarani
Vasif Durarbəyli 0.5-0.5
Rəsulov Vüqar
Ayaz Məmmədov 0-1 Nicat Məmmədov
Azər Mirzəyev 0.5-0.5 Rəsul İbrahimov
Nicat Abasov 1-0 Fərid Abbasov

 

Çempionatın yekunu :

1 - Eltac Səfərli (6.5 xal), 2- Nicat Məmmədov (6.5 xal), 3- Vasif Durarbəyli (6 xal), 4- Vüqar Rəsulov (5.5 xal), 5- Rəsul İbrahimov (5 xal), 6- Nicat Abasov (5 xal), 7- Fərid Abbasov (3.5 xal), 8- Ülvi Bacarani (3.5 xal), 9- Azər Mirzəyev (2.5 xal), 10- Ayaz Məmmədov (1 xal).

Turnir cədvəlinə baxmaq üçün zəhmət olmasa klik edin...

 

Yanvarın 29-su başa çatacaq çempionat dairəvi sistemlə 9 turdan ibart olaraq keçirilir. Çempionatın ümumi mükafat fondu 10 000 AZN-dir. İlk 2 yeri tutan şahmatçılar Azərbaycan Şahmat Federasiyasının və Gənclər və İdman Nazirliyinin xətti ilə Şəxsi Avropa Çempionatına (05-19 mart, Rijeka, Xorvatiya) vəsiqə əldə edəcək. Çempionatın baş hakimi beynəlxalq hakim Lütfiyar Rüstəmov, baş katib isə beynəlxalq hakim Nurəli Məmmədzadədir.


Geriyə