Kişilər arasında Azərbaycan Çempinatında 8-ci turun görüşlərinə start verilib. Finişə 2 tur qalmış turnir cədvəlində 3 hakimiyyətlilikdir. 8-ci turda Rəsul İbrahimovun Məmmədov Ayaza qalib gələməsindən başqa digər qarşılaşmalar heç-heçə başa çatdığından turnir cədvəlindəki vəziyyət dəyişməyib. Hesabat turuna qədər 3 liderin xal fərqi dəyişmədiyindən yenidən Nicat Məmmədov, Eltac Səfərli və Vasif Durarbəyli 5.5 xalla birincilik uğrunda mübarizəni davam etdirilər.
Cütlükləri və nəticələri Sizə təqdim edirik
| Bacarani Ülvi | 0.5-0.5 | Abasov Nicat |
| Abbasov Fərid | 0.5-0.5 | Mirzəyev Azər |
| İbrahimov Rəsul | 1-0 | Məmmədov Ayaz |
| Məmmədov Nicat | 0.5-0.5 | Durarbəyli Vasif |
| Rəsulov Vüqar | 0.5-0.5 | Səfərli Eltac |
8 turdan sonrakı vəziyyət :
1-3 - Nicat Məmmədov, Eltac Səfərli, Vasif Durarbəyli (5.5 xal), 4- Vüqar Rəsulov (5 xal), 5- Rəsul İbrahimov (4.5 xal), 6- Nicat Abbasov (4 xal), 7-8 - Ülvi Bacarani, Fərid Abbasov (3.5 xal), 9- Azər Mirzəyev (2 xal), 10-Ayaz Məmmədov (1 xal)
Turnir cədvəlinə baxmaq üçün zəhmət olmasa tıklayın...
Yanvarın 29-su başa çatacaq çempionat dairəvi sistemlə 9 turdan ibart olaraq keçirilir. Çempionatın ümumi mükafat fondu 10 000 AZN-dir. İlk 2 yeri tutan şahmatçılar Azərbaycan Şahmat Federasiyasının və Gənclər və İdman Nazirliyinin xətti ilə Şəxsi Avropa Çempionatına (05-19 mart, Rijeka, Xorvatiya) vəsiqə əldə edəcək. Çempionatın baş hakimi beynəlxalq hakim Lütfiyar Rüstəmov, baş katib isə beynəlxalq hakim Nurəli Məmmədzadədir.





