Qalereya

Forum



Dr. Elman Sirac oğlu RÜSTƏMOV

1952 - ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1973 - cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Xalq təsərrüfatının planlaşdırılması" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlamışdır.
1974 - cü ildən 1975 - ci ilədək ordu sıralarında hərbi xidmətdə olmuşdur.
1975 - ci ildən 1978 - ci ilədək aspiranturada oxumuşdur.
1978 - ci ildən 1980 - ci ilədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Bakı Zərif-Mahud istehsalat birliyində iqtisadiyyat idarəsinin rəisi vəzifəsində işləmişdir.
1980 - cı ildən 1990 - cı ilədək Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, bölmə müdiri vəzifələrində çalışmışdır.
1986 - cı ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
1990 - cı ildən 1992 - ci ilədək Moskva şəhərində doktoranturada təhsil almışdır.
1991 - ci ildən 1992 - ci ilədək Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi vəzifəsində işləmişdir.
1992 - ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
1993 - cü ildə iqtisad elmləri dokturu alimlik dərəcəsi almışdır.
İqtisadiyyat, maliyyə və bank işi üzrə çoxsaylı elmi məqalələrin və nəşrlərin müəllifidir.
1995 - ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir.
2000 - ci ilin aprelində ikinci 5 il müddətinə Milli Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir.
2005 - ci ilin aprelində üçüncü 5 il müddətinə Milli Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir. Dünya Bankının Azərbaycan üzrə sədridir.
2007 - ci ilin Azərbaycan Şahmat Federasiyasının prezidentidir.
Evlidir, 3 övladı var.

Şahmat proqramları və dərsləri