Qalereya

Forum



Azərbaycan

AVROPA qitəsində yerləşən Azərbaycan qədim dövrlərdən Odlar Yurdu adlanmış, bəşər mədəniyyətinin ilkin beşiklərindən biri olmuşdur. Qədim insanlar bu ərazidə 1,5 - 2 milyon il bundan əvvəl məskən salmışlar. Bakı şəhərindən təqribən 55 km cənubda Qobustan qaya təsvirləri də bu diyarın qədim tarixindən söhbət açır. 1918-ci il may ayının 28-də ölkə müstəqillik qazanmış və Azərbaycan Demokratik Respublikası yaranmışdır. 1920-ci ildə sovet Rusiyası qoşunlarının ölkəyə soxulması ilə bu müstəqilliyə son qoyulmuş,Azərbaycanda sovet hakimiyyəti elan edilmişdir. 70 il Azərbaycan SSRİ-nin tərkibində qalmışdır. 18 oktyabr 1991-ci ildə Azərbaycan itirilmiş müstəqilliyini bərpa etmişdir.

Konstitusiyaya əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikası Zaqafqaziyanın cənub-şərqində yerləşir. Ölkə Rusiya, Gürcüstan, Ermənistan və İranın tərkibində qalmış Cənubi Azərbaycanla həm-sərhəddir. Qazaxıstan və Türkmənistanla sərhəd Xəzər dənizindən keçir. Hazırda Azərbaycan ərazisinin 20 faizi Ermənistan respublikası tərəfindən işğal edilmiş və təcavüzkar dövlətin silahlı qüvvələrinin nəzarəti altındadır. Ermənistan ərazisində yaşayan azərbaycanlıların deportasiyası və Ermənistanın işğalçılıq müharibəsi nəticəsində ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün vаrdır.

Аzərbaycanda şahmatın ənənələri

ŞAHMAT oyunu Azərbaycanda qədim tarixə malikdir. Xəqani (XI əsr), Nizami (XII əsr), Nəsimi (XIV əsr), Füzuli (XVI əsr) kimi dahilər öz şeirlərində şahmatı tərənnüm etmiş, oyun haqqında mənalı, çox dərin fikirlər söyləmişlər. Fransız yazıçısı Düma Azərbaycanda olarkən Natəvan ilə şahmat oynamış və onun qədim oyunun sirlərini dərindən bilməsini qeyd etmişdir. Görkəmli mütəfəkkir M.F.Axundov oğluna yazdığı məktubda şahmatın sirlərinə yiyələnməyi tövsiyə etmişdir. Qədim Orta Asiyada gözəl oyunu ilə hamını heyran edən Cəlaləddin Naxçıvani (IX əsr) Azərbaycan şahmatçılarının ilk görkəmli nümayəndəsidir. Alman tədqiqatçısı Meyer ouml;zünün "Gözəl Məhsəti" kitabında şairənin (XII əsr) şahmat oyununda çox səriştəli olmasını qeyd etmişdir. Bütün bunlar göstərir ki, Azərbaycanda şahmata qədimdən böyük maraqgöstərilmişdir. XIX əsrin 20-ci illərinin ortalarından başlayaraq şahmat Azərbaycanda inkişaf etməyə başladı. 1926-cı ildə Bakı,1934-cü ildə isə ilk Azərbaycan çempionatı keçirilmişdir. Turnirin qalibi K.Səlimxanov olmuşdur. 50-ci illərin sonunda istedadlı şahmatçı S.Xəlilbəyli SSRİ idman ustası adına layiq görülmüş ilk Azərbaycanlı şahmatçı oldu. Ouml;tən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda şahmata dövlət səviyyəsində xüsusi qayğı göstərilirdi. 60-a yaxın uşaq-gənclər şahmat məktəbi tikilib istifadəyə verildi. Bu da tezliklə bəhrəsini verdi. Q.Kasparov, F.Sideifzadə, E.Məhərrəmov, A.Hüseynov A.Sofiyeva, F.Vəlixanlı, İ.Qədimova SSRİ miqyasında və beynəlxalq Turnirlərdə bir-birinin ardınca qələbələr qazandılar. 1992-ci ildə qızlardan ibarət yığma komandamız Filippinin paytaxtı Manila şəhərində Ümumdünya Şahmat Olimpiadasında ilk dəfə çıxış edərək 67 komanda arasında yüksək 7-ci yeri tuta bilmişlər. 1993-cü ildə isə Avropa komanda çempionatında (Debretsen, Macarıstan) həmin komanda bürünc medallara layiq görüldü. . Son 14 ildə respublikada yeniyetmələrin dünya və Avropa çempionatlarında 70 medal qazanmışlar. 2002-ci ildə gənclər arasında Avropa çempionatı, Bakıda bir il sonra isə dünya ccedil;empionatı Naxçıvanda keçirildi. Bu çempionatlarda
Azərbaycanı təmsil edən şahmatçılar - Z.Məmmədyarova (bir qızıl, bir gümüş), Ş.Məmmədyarov (bir bürünc, bir qızıl), V.Həşimov (bir gümüş) beş medala layiq görülmüşlər. 2005-ci ildə Şəkidə, iki il sonra isə Bakıda dünyanın qüvvətli qadыn şahmatçılarının iştirakı ilə beynəlxalq turnirlяr keçirildi. Bu təşkilatı uğurların nəzərə alaraq Beynəlxalq Şahmat Federasiyası Qran-Pri turnirlər silsiləsinin ilk mərhələsinin Keçirilməsini 2008-ci ildə Bakıya həvalə etdi. Son illərdə Azərbaycan şahmatçıları T.Rəcəbov, Ş.Məmmədyarov və V.Həşimov dünyanın qabaqcıl şahmatçıları sırasına çıxa bilmişlər. 2007-ci ilin sonunda kişilər arasında seçmə komanda Yunanıstanın Krit adasında keçirilən Avropa çempionatında ilk dəfə Azərbaycana bürünc medallarla qayıtdı.

 

 

Şahmat proqramları və dərsləri